Yasamal rayonu ərazisində baş verən davada 4 nəfər bıçaqlanıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, dünən saat 21.00 radələrində “Hüseyn Cavid” prospekti 31 ünvanında kütləvi dava olub.
Dava zamanı Toğrul Əhmədov, Elxan Əliyev sinəsindən, Şükür Əbülfəzli və Rahib Tanrıverdiyev isə qarın və budundan bıçaqlanıblar. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.
İlkin məlumata görə, dava elə yaralılar arasında baş verib. Onlar dava zamanı bir-birlərini bıçaqdan keçiriblər.