Bakıda mağazadan 7200 manatlıq mal oğurlanıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, H.Seyidzadə küçəsi 25 ünvanında yerləşən mağazadan qapını sındırmaqla 7200 manat dəyərində ayaqqabı oğurlanıb.
Polis faktla bağlı araşdırma aparır.
A.M.