Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Bakıda marketdən 170 manatlıq siqaret oğurlandı - ANBAAN GÖRÜNTÜLƏR](https://images.oxu.az/2024/10/04/rP9Hz0sE3rtxHPtyj2ahh8j697VPJ7MfcSqhwWek:1200.jpg)
Bakıda marketdən 170 manatlıq siqaret oğurlandı - ANBAAN GÖRÜNTÜLƏR
Ötən gün Bakıda mağazalardan birindən 170 manatlıq siqaret oğurlanıb.
Bu barədə məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə şəhərin Nərimanov rayonu, Koroğlu Rəhimov 55C ünvanında qeydə alınıb.
Belə ki, naməlum şəxs mağazaya yaxınlaşıb və siqaret almaq istədiyini bildirib. Daha sonra o, 170 manatlıq siqaretin ödənişini etməmiş oradan uzaqlaşıb:
"Əvvəlcə kart verib ki, pulu buradan çıxın. Daha sonra kassir kartın kodunu soruşanda, "gedib soruşum, gəlirəm deyib. Kartı kassirə verib, qaçaraq marketdən uzaqlaşıb".
Şikayətçinin sözlərinə görə, hadisə barədə polisə müraciət olunub.
Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov bildirib ki, görüntülərlə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
Hadisə anının görüntülərini təqdim edirik:
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Moskvada qəribə hadisə: Kişi maşınını almaqdan imtina edən şəxsi OĞURLADI
- Mağazadan qızıl oğurladı, taksi sürücüsünü çəkiclə hədələdi
- Oğurluq edən şəxs 33 il sonra bəraət aldı
- Nərimanovda 278 min manat dəyərində oğurluq və narkotik əməliyyatı: Məşhur reper saxlanıldı
- Bomba partladıb 2 500 illik qızılları oğurladılar
Rəylər