Ötən gün Bakının Xəzər rayonu ərazisində orta məktəbdə şagird bıçaqlanıb.
Oxu.Az xəbər verir ki, rayon prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə səhər saat 09 radələrində baş verib.
Belə ki, 26 saylı orta məktəbin XI sinif şagirdi 16 yaşlı Samray Hümbətzadə bıçaqlanıb. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.
Hadisə orta məktəbin içərisində baş verib. Hələlik şagirdin kim tərəfindən bıçaqlandığı bardə məlumat dəqiqləşdiriməyib. Hadisənin baş vermə səbəbləri araşdırılır.