Bakıda daha bir qətl hadisəsi törədilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, Binəqədi şosesində, “Davud market”in qarşısında 1998-ci ilin dekabr ayında Şərur rayonunda anadan olmuş Abdullayev Mobil Mehman oğlu amansızlıqla qətlə yetirilib.
Axşam saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə gətirilən 16 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Milli.Az-ın məlumatına görə, 10-cu sinif şagirdi Mobil Abdullayev facebook sosial şəbəkəsində, hələlik adı açıqlanmayan şəxslə yazışıb və bir-birini söyüblər. Mübahisəni həll etmək üçün Binəqədi şosesində, “Davud market”in qarşısında görüş təyin ediblər.
Görüş yerinə gələn həmin şəxs Mobilə çoxsaylı bıçaq zərbələri vurub.
Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.