Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
11-ci sinif şagirdini məktəbdən çıxarkən qətlə yetirdilər
Məktəbli dərsdən sonra yaşadığı evin yaxınlığında bıçaqlanıb.
Xezerxeber.az xəbər verir ki, ağır cinayət ötən gün paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. 16 yaşlı Həsən Quliyevin aldığı xəsarətdən müalicə olunduğu xəstəxanada ölməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan verilən məlumata görə, bu cinayətdə şübhəli kimi məktəblinin həmyaşıdı saxlanıb. Araşdırmalarla müəyyən edilib ki, qəsəbə ərazisində aralarında yaranmış mübahisə zamanı o, bıçaqla Həsən Quliyevin bud nahiyəsinə xəsarət yetirib.
16 yaşlı yeniyetmənin qohumları deyirlər ki, Həsən Quliyev sakit uşaq olub. O, 71 nömrəli orta məktəbin 11-ci sinfində oxuyurmuş. Hadisəni törədən şəxs isə məktəbli deyil, ötən il 9-cu sinifdən sonra təhsilini davam etdirməyib.
Faktla bağlı saxlanan yeniyetmə barəsində "qəsdən sağlamlığa ağır zərərvurma - ölümlə nəticələndikdə" maddəsi ilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam edir.
Ötən gün paytaxtın Sabunçu rayonu ərazisində 16 yaşlı yeniyetmə Həsən Quliyev öz həmyaşıdı Yasin Mirzəyev tərəfindən kəsici alətlə qətlə yetirilib.
"Qafqazinfo" xəbər verir ki, hadisə ötən gün 15:30-da dərsdənkənar vaxtda qeydə alınıb. Qətlə yetirilən şəxs 71 nömrəli məktəbin XI sinif şagirdidir. Hadisəni törədən şəxs isə məktəbli deyil, ötən il lX sinifdən sonra təhsilini davam etdirməyib.
İlkin araşdırmalar zamanı məlum olub ki, onlar arasında sosial şəbəkədə mübahisə yaranıb. Daha sonra yeniyetmələr yer təyin edərək görüşüblər. Bu zaman Y. Mirzəyev həmyaşıdının bud nahiyəsinə bıçaqla zərbə endirib. Xəsarət ölümcül olmasa da, bıçaq zərbəsi digərinin vena damarını kəsib və o, çoxlu qan itirib. 16 yaşlı oğlan xəstəxanaya çatdırılsa da, vəfat edib.
Sabunçu Rayon Prokurorluğundan Oxu.Az-a bildirilib ki, oktyabrın 2-də yetkinlik yaşına çatmayan H.Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla yetkinlik yaşına çatmayan Y.Mirzəyevin Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət yetirməsi nəticəsində onun xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Y.Mirzəyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.