Bakıda əxlaqsızlıq yuvası aşkarlanan məşhur otel fəaliyyətini davam etdirir.
Oxu.Az xəbər verir ki, Axar.az-ın əməkdaşı “İron” otelinə müştəri qismində zəng edərək qiymətlərlə maraqlanıb.
Bildirilib ki, iki nəfərlik bir otaqda gecələmək 60-80 manat arasında dəyişir. Bu, otaqlardakı komfortdan asılıdır və səhər yeməyi də daxildir.
Beləliklə, məlum olub ki, otel fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Binəqədi rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin ötən gün apardığı əməliyyat tədbirləri nəticəsində bu oteldə əxlaqsızlıqla məşğul olan 10 nəfərdən çox qadın saxlanılıb.
Otel rəhbərliyinin məsuliyyətə cəlb olunacağı gözlənilir. Faktla bağlı araşdırmalar aparılır.
09:43
Bakıda məşhur hotellərdən birində fahişəxana aşkar edilib.
Oxu.Az-ın məlumatına görə, Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Binəqədi rayonu ərazisində yerləşən “İron” otelində əxlaqsızlıq yuvası təşkil edilməsi müəyyən edilib.
Bakının Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin apardığı əməliyyat tədbirləri nəticəsində oteldə əxlaqsızlıqla məşğul olan 10 dan çox qadın saxlanılıb.
Əməliyyat tədbirləri davam edir. Hotel rəhbərliyinin məsuliyyətə cəlb olunacağı gözlənilir.
Faktla bağlı araşdırmalar aparılır.