Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda müğənnini qətlə yetirən musiqiçinin cəzası azaldıldı
Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəsul Ağazadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 16 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib, onun cəzası 15 il 6 aya endirilib.
Xatırladaq ki, cinayət hadisəsi ötən ilin aprelində Bakının Nərimanov rayonunda, zərərçəkmiş şəxsin yaşadığı evdə baş verib. Məhkəmədə cinayətin tamah niyyəti ilə törədildiyi məlum olub.
Rəsul Ağazadə Namik İsrafilovu qətlə yetirdikdən sonra ona məxsus iki ədəd mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb. Təqsirləndirilən şəxs daha sonra bu telefonlardan birini 60 manata satıb və pulu şəxsi ehtiyaclarına sərf edib. Rəsul Ağazadə məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, musiqi ilə məşğul olub, zərərçəkmiş Namik İsrafilov da müğənni imiş, "YouTube"da mahnıları var.
Qeyd edək ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi kimi qardaşı Nurlan İsrafilov çıxış edib. O, qardaşının öldürülməsi ilə bağlı heç kimdən şikayəti və tələbi olmadığını bildirib.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq
- Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardı
- "İki diplomlu müəllimi aldatdı" - Təhsil eksperti kimi tanınan şəxsin məhkəməsi
- "Şlyapa Zahid"in məhkəməsi: Şirkət təsis olunan gün 40 milyonluq kredit alıb
- Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ
Rəylər