Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda müğənninin başını kəsdilər - YENİLƏNİB + FOTO/VİDEO
Bakıda qətlə yetirilən Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş.
“Report”un əldə etdiyi məlumata görə, o, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.
Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.
Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov Y.Nərimanın başını kəsərək küçəyə atıb.
A.Həşimov daha sonra polisə gedərək könüllü təslim olub.
14:36
Oktyabrın 16-da saat 14 radələrində paytaxtın Nizami rayonunda evlərin birində 1985-ci il təvəllüdlü Yaqut Himayət qızı Həşimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, qadının həyat yoldaşı 1984-cü il təvəllüdlü Anar Malik oğlu Həşimov könüllü olaraq polisə gələrək təslim olub. O, saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi qısqanclıq zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Xaçmaza yeni polis rəisi təyin olunub
- Zaqatalada bıçaqlanma olub, saxlanılan var
- Dörd milyon manat necə ələ keçirilib? - Bıçaqlandığı deyilən sabiq prokuror müavininin də pulu gedib
- Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?
- 27 yaşlı oğlan arvadının şəkillərini başqa kişiyə göndərdiyini görüb ona XƏSARƏT YETİRDİ
Rəylər