Dünən Bakının Səbail rayonunda 47 yaşlı kişi dərman içərək zəhərlənib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Səbail rayon Polis İdarəsindən açıqlayıblar.
Məlumata görə, Salyan şosesi, ev 22 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Priz Qasımov həb qəbul edib və “kəskin zəhərlənmə” diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
Həkimlərin səyinə baxmayaraq, Prizin həyatını xilas etmək mümkün olmayıb.
Rayonun 8-ci polis bölməsindən bildiriblər ki, ilkin məlumatlara görə, Qasımov narkoman olub. Yanvarın 26-da kişi psixotrop təsirli 4 həb qəbul edib və bundan sonra halı pisləşib.
Faktla bağlı araşdırma aparılır.