Ötən gecədən bəri araşdırma aparırıq. Hadisə yerində hər şey bir-bir incələnib. Hadisədə heç bir zorakılıq olmayıb. Hər iki şəxs dəm qazından boğulub.
Oxu.Az xəbər verir ki, bu barədə Binəqədidə nişanlı cütlüyün ölüm hadisəsini araşdıran Binəqədi rayon Prokurorluğunun müstəntiqi Namiq Əliyev ANS PRESS-ə açıqlamasında bildirib.
Qeyd edək ki, ötən gecə saat 23:24-də Bakının Binəqədi rayonunda nişanlı qızla oğlanın meyiti evdə tapılıb.
Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsindən verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsi Ramazanov küçəsi 2 ünvanında qeydə alınıb.
Bakı şəhər sakinləri, 1992-ci il təvəllüdlü Yusifə Yusif qızı Mirzəyeva və nişanlısı, 1990-cı il təvəllüdlü Ceyhun Qədeş oğlu Ələsgərovun yaşadıqları evdə meyiti tapılıb.
İlkin məlumatda bildirilir ki, onlar dəm qazından boğularaq ölüblər.
Hadisə ilə bağlı bəzi məlumatlar yayılmışdı. Deyilirdi ki, meyitlərin üstündə guya zorakılıq əlamətləri olub. Lakin araşdırmalar deyilənlərin yalan olduğunu ortaya çıxarıb.
Qeyd edək ki, Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, Binəqədi rayonunda iki nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib, hazırda istintaq tədbirləri davam etdirilir.
12:00
Bakıda nişanlı cütlük bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsi Ramazanov küçəsi 2 ünvanında qeydə alınıb.
Bakı şəhər sakinləri, 1992-ci il təvəllüdlü Yusifə Yusif qızı Mirzəyeva və nişanlısı, 1990-cı il təvəllüdlü Ceyhun Qədeş oğlu Ələsgərov yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.