23 yaşlı Əli Qurbanovun çarəsiz qalmasına səbəb qarət olunmasıdır.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, zərərçəkənin sözlərinə görə, bir neçə ay bundan öncə Bakının Xətai rayonu ərazisində obyekt icarəyə götürərək foto-studiya açıb.
Məqsədi isə bacarığından istifadə edib, ailəsini dolandırmaq olub. Amma günün birində xəbər tutub ki, studiya naməlum şəxs və ya şəxslər tərəfindən qarət olunub. Bundan sonra mağazaya gələn zərərçəkən içərinin dağınıq olduğunu, kompüter avadanlıqlarının oğurlandığını görüb. Ümumilikdə Əli Qurbanova 3 min manat ziyan dəyib.
Mağaza sahibinin sözlərinə görə, o, hadisədən bir neçə gün öncə işinin çox olması ilə bağlı elə orda gecələyirmiş. Amma həmin gün obyekti bağlayıb evə gedib. Səhəri gün isə xəbər çatıb ki, oğurluq olub. Ehtimal olunur ki, oğrular onu bir neçə gün izləyiblər.
Amma zərərçəkənin üzünü güldürəcək izə də rast gəlinib. Belə ki, yaxınlıqdakı mağazalardan birində quraşdırılan müşahidə kamerası oğurluğu anbaan lentə alıb. Kadrlardan da göründüyü kimi, naməlum 3 nəfər mağazanın qapısını qıraraq içəri keçir, təxminən bir neçə saniyədən sonra əllərinə keçəni alıb oranı tərk edirlər.
Zərərçəkən Əli Qurbanov başına gələn bu hadisənin sözügedən ərazidə ilk belə hal olmadığını da bildirdi. Artıq başına gələnləri polisə də anlatdığını deyən Əli, videogörüntüləri onlara da təqdim edib. Rayon Polis İdarəsinin əməkdaşları müvafiq ekspertiza və müayinələr aparıb. Amma hələki bir nəticənin olmamasından gileylənir.
Xətai Rayon Polis İdarəsindən aldığımız son məlumata görə, artıq Əli Qurbanovun şikayəti əsasında araşdırmalar aparılır. Hələ ki, bu oğurluq faktına görə, heç kim istintaqa cəlb edilməyib. Amma həmin videogörüntü bu cinayətin açılmasında kömək olacaq. Zərərçəkənə isə indi sadəcə polisdən gələcək xoş xəbəri gözləmək qalır.
23 yaşlı Əli Qurbanovun çarəsiz qalmasına səbəb qarət olunmasıdır.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, zərərçəkənin sözlərinə görə, bir neçə ay bundan öncə Bakının Xətai rayonu ərazisində obyekt icarəyə götürərək foto-studiya açıb.
Məqsədi isə bacarığından istifadə edib, ailəsini dolandırmaq olub. Amma günün birində xəbər tutub ki, studiya naməlum şəxs və ya şəxslər tərəfindən qarət olunub. Bundan sonra mağazaya gələn zərərçəkən içərinin dağınıq olduğunu, kompüter avadanlıqlarının oğurlandığını görüb. Ümumilikdə Əli Qurbanova 3 min manat ziyan dəyib.
Mağaza sahibinin sözlərinə görə, o, hadisədən bir neçə gün öncə işinin çox olması ilə bağlı elə orda gecələyirmiş. Amma həmin gün obyekti bağlayıb evə gedib. Səhəri gün isə xəbər çatıb ki, oğurluq olub.
Ehtimal olunur ki, oğrular onu bir neçə gün izləyiblər. Amma zərərçəkənin üzünü güldürəcək izə də rast gəlinib. Belə ki, yaxınlıqdakı mağazalardan birində quraşdırılan müşahidə kamerası oğurluğu anbaan lentə alıb. Kadrlardan da göründüyü kimi, naməlum 3 nəfər mağazanın qapısını qıraraq içəri keçir, təxminən bir neçə saniyədən sonra əllərinə keçəni alıb oranı tərk edirlər.