Bakının Nəsimi rayonunda intiharın qarşısı alınıb.
APA xəbər verir ki, hadisə “Yeganə” şadlıq sarayının yaxınlığındakı körpüdə qeydə alınıb.
Təxminən 25-30 yaşlı oğlan üzərinə yandırıcı maddə tökərək özünü körpüdən aşağı atmaq istəyib. Ərazidə xidmət aparan Çevik Polis Alayının əməkdaşları və Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) Dövlət Yol Polis İdarəsinin (DYP) əməkdaşının müdaxiləsi ilə sözügedən şəxs ölümdən xilas edilib.
Polis əməkdaşları onu dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda həkimlər həmin şəxsi müayinə edirlər.
Faktla bağlı araşdırma aparılır.
Rəylər