Bakıda kimsəsizlərə yardım edən oğru dəstə saxlanılıb.
Nərimanov ərazisində yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsində yaşayan Samir Ulubəyov evinə gələndə otaqlardan birinin divarına quraşdırdığı dəmir seyfin yoxa çıxdığını görüb.
Oxu.Az ARB-yə istinadən xəbər verir ki, DİN-nin 102 zəng xidməti ilə əlaqə saxlayan zərərçəkmiş hadisə barədə məlumat verdikdən sonra, Ulubəyovun evinə Nərimanov rayon polis əməliyyatçıları gəliblər.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində 39 min 900 dollar və 30 min avro olan seyfin Samir Ulubəyovun ailəvi dostluq münasibətində olduğu Sadiq Heybətov tərəfindən qarət edilməsi məlum olub.
Sadiq Heybətov cızdığı planı tək həyata keçirə bilməyəcəyini anlayanda, bu işə Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan tanışları Röyal və Aslanı da cəlb edib.
Saxlanılan şəxslərin barəsində Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam edir.
İ.N