Nizami rayonunda 34 yaşlı qadın evdə bıçaq xəsarəti alıb.
Oxu.Az xəbər verir ki, hadisə E.Süleymanov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 1986-cı il təvəllüdlü A.Q. yaşadığı mənzildə xəsarət alıb. Onun mübahisə zəminində özünə xəsarət yetirdiyi bildirilir.
Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli