Bu günlərdə Azərbaycan Ədliyyə Nazirliyi nəzdində Penitensiar xidmətdə, həbsxana ərazisinə qadağan edilmiş əşyanın keçirilmə cəhdi aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Penitensiar xidmətdə bildiriblər.
Əslində bütün qadağan olunmuş əşyaların əraziyə keçirilmə cəhdlərində seçilən üsulları adi adlandırmaq olmaz. Bu işdə vətəndaşlar elə metodlara əl atırlar ki, təəccüblənməmək əldə deyil. Bu dəfə baş verənlər bir qədər fərqlidir.
Pakizə Sənəmi (istintaqa görə ad dəyişdirilib) məhkum olunmuş qohumuna cinsiyyət orqanında iPhone ötürmək istəyib. Telefonu nəzarətçilər titrəşmə rejimi sayəsində aşkar edə biliblər. Yoxlama zamanı telefona zəng gəlib və titrəşim səsinə görə nəzarətçilər aparatın yaxınlıqda olduğunu anlayıblar...
Telefonu intim yerində gizlətməmişdən öncə qadının onu sellofan paketə bükdüyü məlumdur.
Fakt üzrə araşdırma aparılır.