Yanvarın 15-də axşam Bakıda, Hüseyn Cavid prospektində qadın vətəndaş Şəms Qocayevin əlində olan portfeli alaraq, qaçmaq istəyib.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Bakı şəhəri Baş Polis İdarəsinin mətbuat xidmətindən bildiriblər.
Yasamal rayon Polis İdarəsinin 28-ci bölməsinin əməkdaşları bu cinayətdə şübhəli bilinən Yevlax rayon sakini Marina Abdullayevanı saxlayıblar.
Faktla bağlı cinayət işi qaldırılıb, təhqiqat aparılır.