Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ögey anasının şah damarını kəsib öldürdü - Bakıda baş verən qətlin TƏFƏRRÜATI
Noyabrın 28-i, axşam saatlarında Maştağa qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib. Oğul aralarında yaranmış mübahisə nəticəsində ögey anasını öldürüb.
Qohumlarının verdiyi məlumata görə, qətlə yetirilən qadın oğlanın bioloji anası olmasa da, ona uşaqlıqdan analıq edib və öz övladı kimi böyüdüb.
"Rəhmətə gedən qadın uşaqlıqdan ona analıq etmişdi, öz övladı kimi böyütmüşdü. Oğlanın əmisi onu himayəsinə götürmüşdü. Təəssüf ki, oğlanın pis vərdişləri var idi. Gəlin bir neçə gün idi ki, bizdə qalırdı, çünki oğlanın onu öldürəcəyindən qorxurdu. Axşam yoldaşı ilə evə qayıdanda əri əlini yumaq üçün hamama keçmişdi. Bu vaxt oğlan qəfildən əlində bıçaqla girərək, qadının şah damarına xəsarət yetirib. Qadın hadisə yerində keçinib" , - mərhumun qohumu bildirib.
Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalar zamanı 1997-ci il təvəllüdlü Qasım Məmmədovun mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürdüyünə dair əsaslı şübhələr müəyyən edilib.
Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qasım Məmmədov şübhəli şəxs qismində saxlanılıb. İbtidai istintaq davam etdirilir.
Ətraflı Baku TV-nin süjetində:
Noyabrın 28-də saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Məmmədov şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Bakıda qətl törədilib.
"Qafqazinfo" xəbər verir ki, dünən saat 20 radələrində 1997-ci il təvəllüdlü Qasım Abbas oğlu Məmmədovun yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsindəki evdə anası 1978-ci il təvəllüdlü İlhaməni bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib.
Qadın hadisə yerində ölüb.
Q.Məmmədov polis əməkdaşları tərəfindən tutulub.
Bildirilib ki, gənc oğlan əvvəllər xuliqanlıq və narkotiklə bağlı cinayətlərə görə məhkum edilib.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- "Dedi ki, anamın goruna söydüyünə görə öldürdüm" - Sevgilisini qətlə yetirən qadının cinayət işi
- "Faizə 2500 manat götürmüşdüm, 3500 qaytarmalı idim" - Sələmə görə törədilən qətlin təfərrüatı
- Türkiyə vətəndaşı azyaşlı qızını niyə qətlə yetirib? - Sumqayıtdakı qətlin yeni detalları
- Arvadını boğub öldürənə hökm oxundu
- Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkum apellyasiya şikayəti verdi