Bakıda qadını şantaj edən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Təmrazov Bakı şəhər sakini S.H-ya (qadın) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib ondan 1200 ABŞ dolları alarkən tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.