Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobil yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsində ortayaşlı qadını vurub.
Ağır xəsarət alan piyada hadisə yerində dünyasını dəyişib.
