Uşaqlarda nevroloji pozğunluqların müalicəsi uşaq neyrocərrahiyyəsi sahəsində yüksək səviyyəli təlim və təcrübə tələb edir. “Acıbadem” klinikaları şəbəkəsində Tibb Elmləri Doktoru Prof. Memet Özekin rəhbərliyi altında uşaq neyrocərrahiyyəsi mütəxəssisləri uşaqlarda ən mürəkkəb beyin xəstəlikləri ilə belə mübarizə aparırlar.
Neyrocərrahların öz təcrübələrində gündəlik rastlaşdıqları uşaqlarda beyin xəstəlikləri üzərində dayanaq.
Uşaq Serebral iflici və spastiklik
Serebral iflic adətən hərəkət məhdudiyyətləri, görmə, eşitmə və nitq pozğunluqları, öyrənmə və ünsiyyət çətinlikləri ilə nəticələnir. Spastiklik hərəkəti məhdudlaşdırır və onları idarə etməyə imkan vermir.
Necə mübarizə aparmaq olar?
Uşaq Serebral iflici tamamilə müalicə edilə bilməz. Bununla belə, düzgün müalicə uşağın rifahına mənfi təsirini azalda və həyat keyfiyyətini yaxşılaşdıra bilər. Fizioterapiya əməliyyatdan əvvəl yaxud əməliyyatdan sonra spastikliyi azaltmaq və hərəkətliliyi artırmaq üçün istifadə olunur. Əməliyyatdan sonra ağrı və spastiklik də azalır, əzaların elastikliyi və funksional hərəkətliliyi yaxşılaşır.
Beyin şişləri
Şişlər çox təhlükəlidir və bütün orqanizmin fəaliyyətindən məsul olan beynin müxtəlif funksiyalarına təsir göstərə bilər.
Necə mübarizə aparmaq olar?
Uşaqlarda beyin şişlərinin müalicəsi çox mürəkkəb prosesdir. Beyin şişlərinin üç məlum müalicə variantı var: cərrahiyyə, radioterapiya/radiocərrahiyyə və kimyaterapiya. Əgər beyin şişi xoşxassəlidirsə, əməliyyat zamanı çox güman ki, tamamilə çıxarılacaq və adətən yenidən əmələ gəlməyəcək. Bədxassəli şişlərin müalicəsində cərrahiyyə, radiasiya terapiyası və kimyaterapiyadan istifadə olunur.
Həkim vurğulayır: “Uşaqlarda hər bir beyin şişi özünəməxsusdur. Məsələn, böyüklərdə beynin ayaqların hərəkətinə və nitqin artikulyasiyasına cavabdeh olan sahəsini dəqiq təyin edə bilərik, lakin uşaqlarda bu sahələr tamamilə fərqli yerdə yerləşə bilər. “Acıbadem”in radioterapiya və uşaq onkologiyası üzrə mütəxəssisləri böyük təcrübəyə malikdirlər və hər bir kiçik xəstə üçün ən uyğun müalicənin seçilməsində fərdi yanaşma təqdim edirlər”.
Epilepsiya
Tutmalar kiçik uşaqlarda böyüklərə nisbətən daha çox olur və fiziki zədələnmə riskinin artmasına səbəb ola bilər.
Necə mübarizə aparmaq olar?
Əvvəlcə epilepsiya dərman vasitəsi ilə müalicə edilə bilər. Bununla belə, hər dörd uşaqdan biri dərmana davamlı epilepsiyadan əziyyət çəkir. Tutmaların dayanmadığı hallarda cərrahiyyə ən yaxşı seçimdir.
Hidrosefaliya
Hidrosefaliya beynin funksiyalarına da mənfi təsir göstərir, xarici olaraq başın ölçüsünün normadan əvvəl artması ilə müşayiət olunur.
Necə mübarizə aparmaq olar?
25 ildən artıqdır ki, “Acıbadem” Uşaq Neyrocərrahiyyə şöbəsi hidrosefaliyanın endoskopik üsulla müalicəsini həyata keçirir.
Professor deyir: “Acıbadem”də biz daha nazik müasir endoskoplardan istifadə edirik və əməliyyatdan sonra xəstəni ertəsi gün evə buraxa bilərik”.
“Acıbadem” uşaq neyrocərrahları beyinə təsir edən xəstəliklərin müalicəsində ixtisaslaşıb və dünyanın hər yerindən kiçik xəstələrə kömək etməyə hər zaman hazırdırlar.
Qeyd edək ki, “Acıbadem” klinikasının Bakı nümayəndəliyinin xəstələrin məsləhət alması və müalicəsi üçün Türkiyəyə getməsində kömək edəcəyi ofisi Bakı şəhəri, Səməd Vurğun küçəsi 36 ünvanında yerləşir.
Tel.: +994 12 595 96 81.
Eləcə də veb saytdan və ya rəsmi nümayəndəlikdən bir ərizə göndərərək “Acıbadem”in aparıcı həkimlərindən müstəqil bir konsultasiya ala bilərsiniz: http://www.acibadem.com.az/