Keçmiş məhbus 21 yaşlı qızı hədələyib ondan külli miqdarda pul tələb edib.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun verdiyi məlumata görə, hadisə barədə qızın atası polisə məlumat verib.
Bakı sakini, 43 yaşlı Kamil Əliyev (ad, soyad şərtidir) bildirib ki, aprelin 13-də axşam saatlarında əvvəllər məhkum olunan 22 yaşlı Nahid Kazımov (ad, soyad şərtidir) qızı Sevdanın (ad, soyad şərtidir) rüsvayedici şəkillərini Facebook-da paylaşacağı ilə ona hədə qorxu gəlib.
Şəkilləri yaymamaq üçün isə ondan 7 min manat pul tələb edib.
Müraciətlə bağlı Nərimanov RPİ Təhqiqat Şöbəsində araşdırma aparılır.
E.Ə.
www.oxu.az