Bakının Binəqədi rayonunda küçə iti qadına hücum çəkib.
Oxu.Az femida.az-a istinadən xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, Daşqınova Aynur Şahin qızı it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.
Hazırda xəstə həkim nəzarətindədir.
Qeyd edək ki, Aynur Daşqınova 6 aylıq hamilədir.
E.Ə.
www.oxu.az