Bakıda Ruhi-Əsəb Dispanserində müalicə alan qadın müəmmalı şəkildə ölüb.
Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində baş verib.
Belə ki, dispanserdə müalicə olunan 52 yaşlı Tatyana Dmitri yatağında ölü aşkarlanıb. T.Dmitrinin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
İ.N