Bakının Nərimanov rayonunda saxta dövlət qeydiyyat nişanı ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğu üçün “Land Rover” markalı, 10-KE-815 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilib.
Sürücü idarəetməni davam etdirərək yol polislərinə tabe olmayıb və avtoxuliqanlıq hərəkətləri edib. Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Anar Fəqani oğlu Piriyev saxlanılıb.
Araşdırma zamanı onun idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının əslində 77-AX-540 olduğu, amma yol hərəkəti qaydalarını pozan zaman məsuliyyətdən yayınmaq üçün saxta dövlət qeydiyyat nişanından istifadə etdiyi müəyyən edilib.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə A.Piriyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
Bakıda saxta nömrəli “Land Rover”lə avtoxuliqanlıq edən TUTULDU - VİDEO
Rəylər