Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda sərxoş halda yola kreslo qoyub oturan şəxs həbs edildi
Bakının Nizami rayonunda yolun ortasına kreslo qoyaraq oturan şəxs həbs edilib.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü A.C. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub, iş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, A.C. içkili halda yolun ortasına kreslo qoyaraq oturub. Polis onu ərazidən uzaqlaşdırsa da, təqsirləndirilən şəxs bu dəfə "Koroğlu" metrostansiyasının yaxınlığında yerləşən qəzet köşkündə satıcı işləyən xanıma sataşıb. O, qadına yaxınlaşaraq dostunun ondan xoşu gəldiyini deyib, onunla münasibətə razılıq verməyi tələb edib. Bundan sonra zərərçəkmiş qadının yaxınları polisə şikayət ediblər.
Məhkəmənin qərarı ilə A.C. səkkiz gün müddətinə inzibati qaydada həbs edilib.
"İnzibati Xətalar Məcəlləsi" teqi üzrə xəbərlər
- Vicdansız münasibət nəticəsində sağlamlığa yüngül zərər vuran tibb işçiləri cərimələnəcəklər
- Hansı xərclərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək?
- Səfərbərlik Xidmətinin qanunda cərimələrlə bağlı edilən dəyişikliklər barədə MÜRACİƏTİ
- Hərbçilərin bəzi cinayətləri üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq
- Quruması üçün sərilən xalçanı oğurlayıb "bit bazarı"nda satdı