Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs hakim qarşısında
Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyunun 2-nə təyin edilib.
Qeyd edək ki, Abdulla Əliyev Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.
Məlumata görə, o, Bakıda sinaqoqa "Molotov kokteyli" ilə hücuma hazırlaşan zaman DTX-nin əməkdaşları tərəfindən saxlanılıb.
İttihama görə, Sumqayıt şəhərində yaşayan, "İŞİD Xorasan" terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyev Bakı Dağ Yəhudiləri Sinaqoquna qarşı terror aktı həyata keçirməyə hazırlaşıb.
O, ötən il dekabrın 28-də avtomobillə sinaqoqa yaxınlaşıb və "Molotov kokteyli" və digər silah qismində istifadə etmək istədiyi əşya və predmetlərlə sinaqoqa hücum etməyə hazırlaşıb.
Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb.
"Dövlət Təhlükəsizliyi Xidməti (DTX)" teqi üzrə xəbərlər
- Suriyaya pullar hansı məqsədlə göndərilib? - DTX-nin həbs etdiyi şəxs ifadə verib
- Azərbaycanda icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə HÖKM OXUNDU
- Hərbi xidmətlə bağlı bəzi qanun və fərmanlarda dəyişiklik edilir
- "Kərimə" dövləti qurmaq istəyən və terror aktları planlaşdıran şəxslərə HÖKM OXUNDU
- Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsi yaradıldı - SƏRƏNCAM