Məktəbi bitirən qız 29 yaşlı qadını bıçaqlayıb
Mayın 30-da Bakının Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Oxu.az Lent.az-a istinadən xəbər verir, Şıxəli Qurbanov küçəsi 1 ünvanının qarşısından 1985-ci il təvəllüdlü Məryəm Hüseynova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, 17 yaşlı Aytən Abbasova tutulub.
Bildirilir ki, dünən A.Abbasova orta məktəbi bitirib və hadisə “Son zəng” tədbirindən sonra baş verib.