Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda tələbə qızlar parkda yatdılar: Çantaları oğurlandı
Bakıda parkda yatan tələbə qızların çantasını oğurlayan şəxs hakim qarşısına çıxarılıb. Saxlanılan şəxs məhkəmədən azadlığa buraxılıb.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda, parkın ərazisində baş verib. Azərbaycan Texniki Universitetinin tələbəsi olan iki qız parkda skamyada oturaraq söhbət ediblər.
Onlar birlikdə Qubaya gedəcəklərmiş və bir neçə saat vaxt keçməsini gözləyirlərmiş. Bir müddət sonra ikisi də yatıb. Bunu fürsət bilən A.Mehbalıyev onlardan birinin bel çantasını götürərək oradan qaçıb.
Tələbə qızın çantasında mobil telefonu, bank kartı, tələbə bileti və digər sənədləri olub. 23 yaşlı Mehbalıyev gün ərzində tələbə qızın bank kartından 700 manatdan çox alış-veriş edib. Əsasən tütün məhsulları alıb.
Şikayətdən sonra A.Mehbalıyev saxlanılıb və məsuliyyətə cəlb edilib.
Məhkəmə istintaqı zamanı Mehbalıyev tələbə qıza dəymiş zərəri ödəyib. Tələbə də ondan şikayətçi olmayıb.
Mehbalıyev barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və azadlığa buraxılıb.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Natiq Abdullayev: "Vətəndaşlar naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verməsinlər"
- Gəncədə iki nəfər ödəmə terminallarından pul oğurlayıb
- Bakıda mağazanı qarət edən qadınlar tutuldular
- 13-cü mərtəbədəki balkondan qonşu evinə girib 20 minlik qızıl oğurladı
- Bakıda kişini oğurlayıb pul tələb etdilər - TƏFƏRRÜAT