Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Barselona"nın rəhbəri Lamin Yamalla bağlı mühüm açıqlama verdi
17 yaşlı Lamin Yamal "Barselona" ilə yeni müqavilə bağlamağa yaxındır.
Oxu.Az "La Vanguardia"ya istinadən xəbər verir ki, bu barədə "Barselona"nın prezidenti Xuan Laporta bəhs edib.
"Yamalın inanılmaz futbol istedadı var, özünü "Barselona"da əla hiss edir. Onunla yeni müqavilənin imzalanması demək olar ki, razılaşdırılıb, rəsmən təsdiqləmək qalır. Klubumuz oyunçulara verdikləri töhfələrə görə layiqli ödəniş edir", - deyə o vurğulayıb.
Qeyd edək ki, bu mövsüm L.Yamal "Barselona"nın heyətində 53 oyuna çıxıb, 17 qol vurub və 25 məhsuldar ötürmə edib. Futbolçunun Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.