Bakıda xarici vətəndaşı qarət edən ölkə vətəndaşı saxlanılıb.
DİN-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də Türkiyə vətəndaşı İdris Çoketin çantasından 500 ABŞ dolları və sənəd oğurlamış Yusif Mirişov tutulub.