Cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti axtarış-baxış tədbiri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Oqtay Qabil oğlu Zəkiyevin yanına qısamüddətli görüşə gəlmiş xalası qızı, Gəncə şəhər sakini vətəndaş Şöhlə Saleh qızı Həsənlinin üzərinə və əşyalarına baxış keçirilib.
Baxış zamanı onun alt paltarının içərisindən daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Oqtay Zəkiyev Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4 və 120.2.5 maddələrinə əsasən həbs edilib.
Fakt üzrə araşdırma aparılır.

E.Ə.
www.oxu.az