Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda yarım milyonluq oğurluqda şübhəli bilinən çinlilərin məhkəməsinə hazırlıq başladı
Paytaxtda tanınmış mağazalar şəbəkəsindən yarım milyon manata yaxın məbləğdə oğurluq etməkdə təqsirləndirilən Çin vətəndaşları Zhang Guomin və Liu Bonun cinayət işləri üzrə ilk məhkəmə hazırlıq iclası olub.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı təqsirləndirilənlər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsini təklif edib. Məhkəmə bu haqda qərar qəbul edərək ilk baxış iclasınının martın 12-də keçirilməsi ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabr ayında paytaxtın Yasamal rayonunda baş verib. Polisə qarətçilərin 330 min manat dəyərində olan "Breguet" markalı brend qol saatını oğurlamaları barədə məlumat daxil olub.
Polisin əməliyyatı ilə saxlanılan Çin vətəndaşları Zhang Guomin və Liu Bo oğurluqda şübhəli şəxs qismində istintaqa cəlb olunaq barələrində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Qalmaqallı "Formula-1" cinayət işinə görə 10 il HƏBS TƏLƏBİ
- Yeddi körpənin ölümündə ittiham olunanların sərbəst ifadələri dinlənildi
- Bakıda hoteldə dəhşətli cinayət: Uşaqlara film izlədib, qadını pəncərədən atıb - TƏFƏRRÜAT
- Fazil Qasımova 10 il həbs cəzası istənilib
- 7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ