Bakıda bir nəfər avtomobilində güllələnib.
Oxu.Az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 31 dekabr, axşam saatlarında “Elit” Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb.
Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Elnur Eldar oğlu Mustafayev idarə etdiyi “VAZ” markalı avtomobildə güllələnib. Üç güllə yarası alan E.Mustafayev hadisə yerindəcə keçinib.
Polisdən həmçinin bildirilib ki, naməlum şəxslər E.Mustafayevə tapançadan atəş açıblar. Hadisəni törədən şəxslərin kimliyi və hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xeberdar.az xəbər verir ki, atışma nəticəsində dünyasını dəyişən FHN-nin əməkdaşıdır. Onun FHN-nin generalının bacısı oğlu olduğu bildirilir.