“Yol polisi əməkdaşını maşınla vurub qaçan şəxs sərxoş olub”.
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, hadisəni törədən şəxs Məmmədov Şirxan Alik oğludur: “Həmin şəxs saxlanılıb”.
Redaksiyamıza Bakının mərkəzində avtomobilin yol polisini vurması ilə bağlı yeni görüntülər daxil olub.
Oxu.Az eksklüziv olaraq həmin görüntüləri təqdim edir:
Bu gönderiyi Instagram'da gör17:30
Bakı şəhərində yol polisi əməkdaşı avtomobillə vurulub.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Rəşid Behbudov küçəsində baş verib.
Polis sürücüyə “saxla” əmri versə də, o, əmrə tabe olmayıb. Nəticədə sürücü polisi vuraraq ərazidən qaçıb.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-açıqlamasında bildirib ki, məsələ barədə ərazi polis idarəsi üzrə araşdırma aparılır:
“Məsələyə hüquqi qiymət veriləcək”.
O qeyd edib ki, polis əməkdaşına tibbi yardım göstərilib:
“Vəziyyəti qənaətbəxşdir”.
View this post on Instagramİlhamə Əbülfət
"Araz Əsgərli" teqi üzrə xəbərlər
Ən çox oxunanlarDigər xəbərlər