Bakıda 77 nəfərin zəhərləndiyi “Zəngəzur” şadlıq evi bağlandı.
Oxu.Az xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi kütləvi zəhərlənmələrlə bağlı araşdırmaya başlayıb.
Restoranın fəaliyyəti müvəqqəti dayandırılıb.
Baş vermiş hadisə ilə bağlı cinayət işi qaldırılıb.
Qeyd edək ki, avqustun 8-də keçirilən toyda 77 nəfər zəhərlənib. Zəhərlənməyə səbəb kimi “paytaxt” salatı göstərilib.
E.Ə.
www.oxu.az