Oğurluq etdiyinə görə tutulmuş Gürcüstan vətəndaşı Vaqif Rüstəmovun törətdiyi digər cinayət əməlləri müəyyən edilib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, Vaqif Rüstəmovun ətrafında Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri F.Əzizovanın, G.Sadıqovun, S.Yusibovun və S.Quliyevanın mənzillərindən pul, noutbuk və qızıl əşyalar oğurlaması, habelə 2013-cü il dekabr ayının 11-də R.Rəhimovun mənzilindən qapıya açar seçmək yolu ilə oğurluğa cəhd göstərməsi də müəyyən edilib.