Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakının mərkəzində cinsi azlığı qarət edən qohumlar - VİDEO
Bakıda soyğunçuluq hadisəsi baş verib. 18 yaşlı Araz Novruzov özü ilə eyni yaşda olan bibisi oğlu ilə Bakının mərkəzində soyğunçuluq edib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, saxlanılan Araz Novruzov əməllərinə haqq qazandırmağa çalışıb:
"Bizə pul təklif elədi, cinsi zəiflərdən idi. Qovaladıq, təkrar yaxınlaşdı. Biz də pulu gördük. 230 manatını aldım, kafedə xərclədim".
O, polisə verdiyi ifadəsində döydükləri şəxsin ədəbsiz təklif etdiyini iddia edib. Zərərçəkmiş şəxs, Bərdə rayon sakini Zöhrab Hüseynov isə bildirib ki , Rəşid Behbudov küçəsində iki naməlum şəxs ona yaxınlaşaraq, siqaret istəyib. Zərərcəkən 560 manatının və mobil telefonunun oğurlandığını desə də, saxlanılan şəxslər 230 manat pul götürdüklərini deyiblər.
Gənc qohumlar barəsində Nəsimi rayon Polis İdarəsnin istintaq şöbəsində soyğunculuq maddəsi ilə cinayət işi başlanıb.
"Bakı" teqi üzrə xəbərlər
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib