Bakının mərkəzində şəhər sakinləri arasında daha çox “Torqovı” kimi tanınan Nizami küçəsində dilənçilərin etdiyi oğurluqla bağlı yeni videogörüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, bu görüntüləri çəkib YouTube-də yerləşdirmiş sosial şəbəkə istifadəçisinin sözlərinə görə, kadrlarda əks olunan dilənçi qız yoldan ötənləri söhbətə tutduğu bir vaxtda onunla birgə olan digər iki oğlan insanların çantasını oğurlayır, yaxud da ehtiyatla onların arxa ciblərindən telefon oğurlayırlar.
“Bu gün özüm də belə hadisə ilə qarşılaşdım. Amma xoşbəxtlikdən bu balaca oğlan çantanı oğurlaya bilmədi. Əlimdə kamera var idi və mən baş verənləri çəkə bildim”, - deyə, sosial şəbəkə istifadəçisi yazıb.
Həmin görüntüləri təqdim edirik: