Bu gün yol polis əməkdaşı Bakının mərkəzində avtomobil sahibi tərəfindən hücuma məruz qalıb.
Oxu.Az haqqın.az-a istinadən xəbər verir ki, yol polis əməkdaşı Cabbar Cabbarlı küçəsində maşınını park etmiş sürücüyə yaxınlaşaraq, bu ərazidə parketmənin qadağan olunduğuna istinad edərək, maşınını ordan çəkməsini tələb edib.
Amma sürücü gözlənilmədən polis əməkdaşına hücum edərək onu döyməyə başlayıb. Hadisə yerinə digər polis əməkdaşları gəlib, sürücünün əl-qolunu bağlayaraq polis idarəsinə gətiriblər.