Bakıda küçənin ortasında qadına hücum ediblər.
Oxu.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, A.Nemətulla küçəsində naməlum şəxs G.M.-yə (ad şərtidir - red.) arxadan hücum edib.
Həmin şəxs qadını arxadan boğazından tutaraq əli ilə vurub. Daha sonra qulağından bir iki sillə vurub. Qadın zərbənin təsirindən huşunu itirərək yıxılıb. Naməlum şəxs hadisə yerindən qaçıb.
Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Beyləqan rayon sakini, 1994-cü il təvəllüdlü Ruzi Bayramov tutulub.
Faktla bağlı araşdırma aparılır.