Bakıda silsilə oğurluq edən şəxs tutulub.
Oxu.Az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 14-də M.Fətəli küçəsində Nəsibə Məlikovanın evindən, açıq qapıdan keçməklə 240 manat, Vidadi küçəsində Edilya Zöhrabovanın, Müjgan Atakişiyevanın, noyabrın 18-də H.Aslanov küçəsində Elşən Seyfullayevin evindən mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Əfrasiyab Əlimov tutulub.
Şübhəli şəxsin üzərindən 0,340 qram heroin aşkar olunaraq götürülüb.
Ətrafında keçirilən ilkin əməliyyat- istintaq tədbirləri ilə müəyyən edilib ki, o, noyabrın 24-nə keçən gecə, Azərbaycan prospektində Rasim Qayınbəyova məxsus «Kia-Optima» markalı avtomobildən, şüşəsi sındırılmaqla içərisində bank kartları olan pul kisəsini, S.Tağızadə küçəsində Südabə Sədiyevanın mənzilindən içərisində 50 manat, qızıl-zinət əşyaları, bank kartları və sənədlər olan əl çantasını gizli yolla talayıb.
E.Ə.
www.oxu.az