Bakıdakı masaj salonlarından birində dava-dalaş olub.
Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, saat 04:00 radələrində Xəqani küçəsi 14 ünvanında yerləşən “Aqua” masaj salonunun qarşısında oranın mühafizəçisi, 1988-ci il təvəllüdlü Kəndalov Samir Bəşir oğlu ilə bir qrup şəxs arasında dava olub. Nəticədə mühafizəçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı 39-cu Polis Bölməsi araşdırma aparır.