“Ay işığı” restoranında dava düşüb.
Oxu.Az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Qafqazinfo-ya daxil olan məlumata görə, Çobanzadə küçəsi 2405 məhəllədə yerləşən “Ay işığı” restoranında qalmaqal baş verib.
Xəbərə görə, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Fuad Əzizağa oğlu Kərimli xuliqanlıq zəminində arvadı 1987-ci il təvəllüdlü Aytən Nizami qızını döyərək xəsarət yetirib.
Hadisə ilə bağlı polis araşdırma aparır.