Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Balakəndə narkotik əməliyyatı: Polis 33 kiloqram heroin və marixuana aşkarladı
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, tədbirlərlə əvvəllər məhkum olunmuş Eşqin İsmayılov saxlanılıb.
Ondan 30 kiloqram marixuana və 3 kiloqrama yaxın heroin, eləcə də metadon həbləri aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib. Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.
Keçirilən digər əməliyyatlarla Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 15 nəfər tutulub. Saxlanılanlardan İlham Muradovun yaşadığı evdən "Kalaşnikov" avtomatı, daraq və patronlar da aşkarlanıb.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində keçirilən tədbirlər zamanı rayon ərazisindən bir ədəd avtomat və 3 ov tüfəngi də aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Filippinin sabiq prezidenti həbs edildikdən sonra Haaqaya uçdu
- İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıblar
- Dəyənəkli "Polat Alemdar"lar və sayrışan işıqlar...
- Xəzər dənizi vasitəsi ilə Azərbaycana narkotik keçirmək istədilər
- Nəsimidə ƏMƏLİYYAT - İranlı tərəfindən narkokuryerliyə cəlb olunan 25 yaşlı gənc ƏLƏ KEÇDİ