2014-cü ilin payızında 50 yaşlı Azərbaycan vətəndaşı Mostovski rayon Kənd təsərrüfatı istehsalat kooperativlərinin birindən kartof alıb Dyatlov filialına istehlakçı cəmiyyətinə daha baha qiymətə satırdı.
Oxu.Az Belarus KİV-nə istinadən xəbər verir ki, bu hadisə ilə bağlı faktları Maliyyə Araşdırma Departamentinin idarəsinin əməkdaşları üzə çıxarıb.
Yoxlama zamanı kişinin keçən ilin payızında Mostovski rayon Kənd təsərrüfatı istehsalat kooperativlərinin birindən kartofun bir kiloqramını 2 min rubla alıb 2,2-2,5 min rubla satdığı müəyyənləşdirilib.
İşbilən vətəndaş kartofu Qrodensk vilayətinin Dyatlov filialına istehlakçı cəmiyyətinə saxta fiziki şəxslərin əli ilə satırdı. Ümumilikdə sahibkar 264 ton kartof əldə edərək, 577 milyon rubla satıb.
Bu işbilən vətəndaşa qarşı Belarus Cinayət Məcəlləsinin m.233 b.2 üzrə cinayət işi açılıb. Kartofun alındığı Kənd təsərrüfatı istehsalat kooperativinin işi Qrodensk vilayətinin Dövlət Nəzarət komitəsinin mütəxəssisləri tərəfindən yoxlanılır.