Bərdə rayonunda qətl törədilib.
Oxu.Az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 18-də Bərdə rayonunun Saatlı kəndində qeydə alınıb. Kənd sakini İbrahim Abbasov qardaşı Ramiz Abbasovu münaqişə zəminində bıçaqlayaraq qətlə yetirib.
İ.Abbasov könüllü olaraq polisə gələrək təslim olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.