Azərbaycanda silahlanmış qadın qohumunu qorxutmaq üçün onun evinin qarşısında atəş açıb.
Oxu.Az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bərdə rayonu Xəsilli kənd sakini Bəsti Salmanova yanvarın 27-də gecə saat 01.00 radələrində ov tüfəngi ilə silahlanaraq qohumu Əvəzxan Salmanovun evinin qarşısına gəlib və havaya atəş açıb.
Hadisə şahidləri baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər. B.Salmanova könüllü olaraq sənədləri olmayan qundağı kəsilmiş ov tüfəngini, 3 ədəd patronu və 12 ədəd gilizi Bərdə RPŞ-nin hadisə yerinə gəlmiş əməkdaşlarına təhvil verib.
Baş verən insidentlə bağlı araşdırma aparılır.