Bakının nəhəng supermarketlərində çiyələyin dənəsinin qiyməti 8 manat 50 qəpikdir.
Oxu.Az xəbər verir ki, ANS PRESS əməkdaşının Bakının bir neçə iri supermarketlərində qeyri-mövsümü meyvələrin qiyməti ilə bağlı apardığı araşdırma maraqlı faktları üzə çıxarıb.
Belə ki, insanlar mövsümü olmayan meyvələri almaq üçün əməlli-başlı xərcə düşməli olacaqlar. Beləliklə, supermarketlərdə bahalığı ilə seçilən meyvələrin qiymətini təqdim edirik:
Alçanın dənəsi - 10 manat
Çiyələyin dənəsi - 8,50 manat
Qara gavalının bir dənəsi - 7 manat
Pomelo sitrus meyvəsinin dənəsi – 4,90 manat