Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bəxtiyar Hacıyevin məhkəməsi təxirə salındı
Sentyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Bəxtiyar Hacıyevin keçirilməsi nəzərdə tutulan məhkəməsi vəkillərin gəlməməsinə görə təxirə salınıb.
Oxu.Az xəbər verir ki, məhkəmə iclası başlayan kimi hakim Əli Məmmədov katibdən məhkəmə iclasında tərəflərin iştirak edib-etməməsi barədə soruşub. Katib məruzə edib ki, nə zərərçəkənlər, nə də vəkillər məhkəmə iclasına gəliblər. O, məhkəmə iclası başlamazdan əvvəl vəkillərlə telefon əlaqəsi saxlamağa çalışdığını, vəkillərdən Elçin Sadıqovla Aqil Layıcın telefonlarının bağlı olduğunu, Cavad Cavadovun isə zəngə cavab vermədiyini bildirib. Hakim 10 dəqiqəlik fasilə elan edib və katibə vəkil Cavad Cavadovla yenə telefon əlaqəsi saxlamasını tapşırıb. Məhkəmə heyəti salona qayıdandan sonra katib hakimə məruzə edib ki, Cavad Cavadov da telefonu söndürüb.
Bəxtiyar Hacıyev hakimdən dövlət hesabına vəkil təyin olunmasını xahiş edib. Hakim bildirib ki, qanunvericilik müqaviləli vəkil olduqda dövlət hesabına vəkil təyin olunmasına yol vermir:
"Buna görə gərək siz əvvəlcə müqaviləli vəkillərinizdən imtina edəsiniz".
Hakim növbəti məhkəmə iclasını sentyabrın 13-nə təyin edib.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında Yasamal Rayon Məhkəməsində Ülviyyə Alovluya qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları ilə həbs olunub. Sonradan isə yeni hallar kimi QHT fəaliyyətinə görə əlavə maddələr verilib və istintaq müddəti bir neçə dəfə uzadılıb. İstintaq orqanı Hacıyevi qaçaqmalçılıqda, qanunsuz sahibkarlıqda, sənədi saxtalaşdırmaqda, müxtəlif beynəlxalq təşkilatlardan qrantlar alıb təyinatı üzrə xərcləməməkdə təqsirləndirib.
Elgün Həsənli
"Xuliqanlıq əməli" teqi üzrə xəbərlər
- Elçilik dava ilə bitdi: Oğlanı polisə verdilər
- Paytaxt sakinini bıçaqlayan sabiq diplomat hakim qarşısında
- Parkda ər-arvadı döyənlərin işi: Özlərini polis kimi təqdim edib, nikah şəhadətnaməsi istəyiblər
- Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi məhkəmə qarşısına çıxarılıb
- Bakıda "TikTok"a görə qadın ofisiantı döyən restoran rəhbəri HƏBS EDİLDİ